"Formula 1" üzrə 2024-cü il mövsümünün sonuncu - Abu-Dabi Qran-prisi keçirilib.
Offsideplus.az xəbər verir ki, "Maklaren" pilotu Lando Norris yarışın qalibi olub, Britaniya komandası isə 666 xalla Mühəndislər Kubokunu qazanıb. İkinci və üçüncü yerləri "Ferrari" pilotları Karlos Saynz və Şarl Lekler tutub.
Qeyd edək ki, 2024-cü il çempionu Maks Ferstappen olub.