"Formula 1" üzrə "Mersedes" pilotu Corc Rassel Maks Ferstappenin ona hədə-qorxu gəldiyini açıqlayıb.

Offsideplus.az xəbər verir ki, britaniyalı pilot Qətər Qran-prisində yaşananlardan sonra bu sözləri deyib:

"Ferstappenin şənbə günü dedikləri mənə gülməli gəldi. Önünə çıxsam, mənimlə toqquşacağını və başımı aşağı salıb getməyimi dedi. Ona boyun əyməyəcəm. Maks illərdir ki, insanları qorxudur, bullinq edir. Onun sürüş tərzi barədə danışa, bir şey edə bilməzsən. Ona qarşı bir şey olanda qarşılıq verə bilmir".