"Formula-1" Azərbaycan Qran-prisində "Formula-2" komandalarının əsas yarışı başa çatıb.
Offsideplus.az xəbər verir ki, 11 komanda qələbə uğrunda mübarizə aparıb.
Yarış zamanı pilotlar 29 dövrə vurublar. Ən yaxşı nəticəni “TRIDENT” komandasının pilotu Riçard Verskoor göstərib.
Qeyd edək ki, "Formula-1" Azərbaycan Qran-prisi sentyabrın 13-də başlayıb və bu gün yarışa yekun vurulacaq.