"Formula 1" üzrə Azərbaycan Qran-prisinin qalibi bu gün müəyyənləşəcək.
Offsideplus.az xəbər verir ki, əsas yarış saat 15:00-da start götürəcək.
Dünənki sıralama turunda "Ferrari"nin 2 pilotu Şarl Lekler və Karlos Sayns birinci və üçüncü olublar. "McLaren" pilotu Oskar Piastri ikinci yeri tutub. "Red Bull" komandasının üzvü Serxio Peres və "Mercedes"dən Corc Rassel isə yarışı müvafiq olaraq 4 və 5-ci yerlərdə tamamlayıblBu gün həmçinin ikinci dərəcəli pilotların əsas yarışına yekun vurulacaq. Saat 11:35-də "Formula 2"də məsələlərə aydınlıq gələcək.
Ümumi göstəricidə "Red Bull"un pilotu Maks Verstappen 303 xalla liderdir. "McLaren"dən Lando Norris 241 xalla ikinci, "Ferrari"dən Şarl Lekler 217 xalla üçüncü pillədə qərarlaşıb. ar.