"Formula 1" üzrə Azərbaycan Qran-prisi 13-15 sentyabr tarixlərində keçiriləcək.
Offsideplus.az xəbər verir ki, bu səbəbdən Bakının bir neçə hissəsində nəqliyyat axını məhdudlaşdırılacaq.
Avqustun 20-dən, saat 22:00-dan başlayaraq, Səməd Vurğun küçəsinin Neftçilər prospekti ilə kəsişdiyi ərazidən Zərifə Əliyeva küçəsinə qədər olan hissədə avtomobillərin hərəkəti dayandırılacaq.
Bu məhdudiyyət yarışların sonuna qədər qüvvədə qalacaq.