"Formula 1" üzrə Avstriya Qran-prisində bu gün sıralama turu baş tutub.
Offsideplus.az xəbər verir ki, "Red Bull" pilotu Maks Ferstappen hamıdan sürətli olub. "Maklaren"dən Lando Norris ikinci, "Mersedes"dən Corc Rassıl üçüncü yeri tutub.
Norrisin komanda yoldaşı Oskar Piastri yarışı 3-cü yerdə başa vursa da, trekdən çıxdığı üçün nəticəsi ləğv olunub və 7-ci yerə yuvarlanıb.