Son dönəmlər adı "Ferrari" ilə hallanan Lüis Hemilton məsələyə aydınlıq gətirib. 

Offsideplus.az xəbər verir ki, "Formula 1" üzrə 7 qat dünya çempionu İtaliya komandası ilə danışıqlar aparmadığını bildirib. Bundan əlavə, britaniyalı pilot və çıxış etdiyi "Mercedes" arasında yeni müqavilə ilə bağlı razılıq əldə edilməyib.

Qeyd edək ki, bu həftəsonu Monako Qran Prisi baş tutacaq.

 

Günay Xəlil