"Formula 1"də çıxış edən "Mercedes"in pilotu Lüis Hemiltona "Ferrari"dən təklif var. 

Offsideplus.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb. "Ferrari" britaniyalı pilota 40 milyon funt-sterlinq məbləğində maaş və 1 illik müqavilə təklif edib.

"Mercedes"in rəhbəri Toto Volf hemilton - Ferrari iddialarının pilotla yeni müqavilə imzalayacaqları hər il ortaya çıxdığını söyləyib.