Sabiq "Formula 1" piloti Felipe Massa 2008-ci ildə 1 xalla Luis Hemiltona uduzduğu çempionluğu geri tələb edir.
Offsideplus.az "motorsport.com"a istinadən xəbər verir ki, braziliyalı pilot ölkəsində keçirilən mövsümün son yarışında qalib gəlsə də, Luis Hemilton Timo Qloku keçərək, yarışı 5-ci yerdə bitirmiş və lazım olan xalları əldə edərək çempion olmuşdu.
Həmin mövsüm Sinqapur Qran Prisində Nelson Pike bilərəkdən qəza törədərək, "Reno" komandasından Fernando Alonsonun yarışı qazanmasına yardım etmişdi. Həmin yarışı Hemilton 3-cü yerdə, Massa isə 13-cü pillədə xalsız başa vurmuşdu.
"Formula 1"in keçmiş rəhbəri Berni Ekklstoun 25 il sonra həmin yarışın nəticələrinin ləğv olunmalı olduğunu deyəndən sonra Felipe Massa məsələnin yenidən araşdırılmasını tələb edib.
Qeyd edək ki, 98 xal toplayan Luis Həmilton Felipe Massanı 1 xal qabaqlayaraq çempion olmuşdu. Həmin qran prinin nəticələri ləğv olunsa, Felipe Massa 2008-ci ilin F1 çempionu ola bilərdi.