"Formula 1" pilotu Mik Şumaxer cari mövsümün sonunda "Haas" komandasından ayrılacaq.

Offsideplus.az xəbər verir ki, ABŞ təmsilçisi 23 yaşlı pilotun göstərdiyi performansdan narazıdır. Bu barədə "Daily Mail" məlumat yayıb. Şumaxerin alman sürücü Niko Hülkenberqlə əvəzlənəcəyi gözlənilir.

Qeyd edək ki, Mik 2021-ci ildən "Haas"da çıxış edir.