"Formula 1" üzrə Azərbaycan Qran-prisində sıralama turu başa çatıb.
Offsideplus.az xəbər verir ki, 5 qəzanın baş verdiyi sıralama turunda "Ferrari"nin pilotu Şarl Lekler rəqiblərini geridə qoyaraq birinci olub. O karyerasında 9-cu dəfə yarışa ilk pillədən başlayacaq.
"Mercedes"in 7 qat dünya çempionu Lüis Hemilton ikinci, "Red Bull"un sürücüsü Maks Ferstappen isə üçüncü yerdə qərarlaşıb.
Qeyd edək ki, Azərbaycan Qran-prisi iyunun 6-da saat 16:00-da start götürəcək.