"Formula 1" üzrə dünya çempionatında çıxış edən "Mercedes" komandası pilotu Luis Hemiltonla yeni müqavilə imzalayacaq.

Offsideplus.az xəbər verir ki, bununla bağlı komandanın rəsmi tvitter hesabında məlumat verilib.

Qeyd edək ki, "Mercedes" Luis Hemiltonla yeni müqavilə imzalamasa da, 2021 mövsümü üçün pilotların ilkin siyahısına onun da adını daxil edib. Pilot 2020 mövsümünün qalibi olub və 7-ci dünya çempionluğunu əldə edib.