2020-ci il üzrə Formula 2 çempionatının qalibi “Prema Racing”in pilotu Mik Şumaxer olub.

Offsideplus.az xəbər verir ki, çempionluğunu demək olar ki, qarantiləyən Şumaxerin tək rəqibi Kalum Aylott idi. Bu gün baş tutan Saxir Qran-prisində Aylotun 10-cu yer tutması 18-ci yerdə qərarlaşan alman pilot üçün kifayət edib. Yarışda ilk pilləni "Karlin" pilotu Cehan Daruvala, ikinci yeri isə komanda yoldaşı Tsunodo tutub. "Dams"ın ingiltərəli pilotu Den Tiktum üçüncü yerin sahibi olub.

Beləliklə 215 xalla mövsümü tamamlayan Mik Şumaxer 2020-ci il üzrə Formula 2-nin çempionu olub.

Qeyd edək ki, əfsanəvi Mixael Şumaxerin oğlu Mik gələn ildən F1 "Haas" komandasında çıxış edəcək.