"Formula 1" üzrə yeddi qat dünya çempionu, "Mercedes"in pilotu Luis Hemilton koronavirusa yoluxub.

Offsideplus.az xəbər verir ki, yarışın rəsmi tvitter hesabı 35 yaşlı sürücünün testinin pozitiv olduğunu açıqlayıb.

Qeyd edək ki, Hemilton bu səbəbdən həftəsonu keçiriləcək Bəhreyndə keçiriləcək Qran-prini buraxacaq.