Formula 1 üzrə Türkiyə Qran Prisində qalib gələrək yeddiqat dünya çempionluğunu möhkəmləndirən Lüis Hemilton yarış sonrası göz yaşlarına hakim ola bilməyib...
Offsideplus.az xəbər verir ki, "Mersedes"in pilotu yarışdan sonra açıqlamalar verərkən danışmaqda çətinlik çəkib:
"Söz tapa bilmirəm. Bazada və burdakılara təşəkkür edirəm. Bu komandaya gəlməsəydim buna nail ola bilməzdim. Möhtəşəm oldu. Çox təşəkkür edirəm. Məni dəstəkləyənlərə təşəkkürlər. Ailəmə təşəkkürlər..."