Bu gün F1 üzrə Türkiyə Qran Prisi baş tutub.

Offsideplus.az xəbər verir ki, saat 14:00-da start verən yarışın qalibi Lüis Hemilton olub. Bu qələbə "Mersedes"in britaniyalı pilotunun çempionluğuna zəmanət verib. 7-ci dəfə dünya çempionu olan Hemilton alman əfsanə Mixael Şumaxerə də çatıb.

Yarışda ikinci yeri "Racing Point"dən Serxio Peres, üçüncü pilləni isə "Ferrari"dən Sebastiyan Fettel tutub. Cari mövsümün sonunda "Ferrari"ni tərk edəcək olan almaniyalı pilot sezonda ilk podiumuna çıxıb.