"Mersedes"in britaniyalı pilotu Lüis Hemilton Mixail Şumaxerin "ən çox yarış qazanan pilot" rekordunu yeniləməyə çox yaxındır.

Offsideplus.az xəbər verir ki, ötən gün keçirilən Toskana Qran-Prisində qalib gələn Lüis Hemilton 90-cı qalibiyyətinə imza atdı. Bununla da, əfsanəvi pilot Mixail Şumaxerin 91 qələbəlik "ən çox yarış qazanan pilot" rekorduna bir addım daha yaxınlaşdı.

Hemilton 27 sentyabrda Rusiyada baş tutacaq yarışda qalib gələrsə Şumaxerin bu rekorduna şərik çıxacaq. 

Bundan əlavə, britaniyalı pilot bu mövsüm qalib gələcəyi halda Mixail Şumaxerin "ən çox çempion olan pilot" rekorduna da ortaq olacaq. Belə ki, alman pilot 7, Hemilton isə 6 dəfə Formula 1 üzrə Dünya Çempionu olub.