"Formula 1" üzrə dünya çempionatında Belçika Qran-prisi keçirilib.
Offsideplus.az xəbər verir ki, mövsümün sayca 7-ci yarışı Spa avtodromunda təşkil olunub.
44 dövrəlik mübarizənin qalibi "Mercedes" pilotu Lüis Hemilton olub. Onun komanda yoldaşı Valtteri Bottas ikinci, "Red Bull" sürücüsü Maks Ferstappen üçüncü yeri tutub.
Xalını 157-yə çatdıran Hemilton liderliyini daha da möhkəmləndirib. Ferstappen 110 xalla 2-ci, Bottas 107 xalla 3-cüdür.