"Formula 1" üzrə İspaniya Qran-prisində qalib müəyyənləşib.
Offsideplus.az xəbər verir ki, mövsümün sayca 6-cı yarışında qalib adını "Mercedes" pilotu Lüis Hemilton qazanıb. "Red Bull"dan Maks Ferstappen ikinci, Hemiltonun komanda yoldaşı Valtteri Bottas Barselona avtodromunda üçüncü olub.
İspaniya Qran-prisindən sonra xalını 132-yə çatdıran Hemilton ən yaxın izləyicisi Ferstappenlə xal fərqini 37-yə çatdırıb. 3-cü yerdə isə 89 xalla Bottas qərarlaşıb.
Konstruktorlar Kubokunda "Mercedes" 221 xalla liderdir. Sonrakı iki pillədə "Red Bull" (135 xal) və "Racing Point" (63 xal) yer alıb.