“Formula 1” üzrə Macarıstan qran-prisində qalib müəyyənləşib.
Offsideplus.az xəbər verir ki, dördüncü yürüşdə ən yaxşı nəticə göstərən "Mercedes"in britaniyalı pilotu Luis Hemilton "Formula 1" üzrə Macarıstan qran-prisinin qalibi olub.
İngiltərəli pilot bu göstərici ilə əfsanəvi Mixael Şumayxerin rekordunu yeniləyib. Macarıstanda 8 dəfə birinci olan Hemilton bir yarışı ən çox qazanma rekordunu şərik olub. Şumayxer Fransa qran-prisində eyni saydə birincilik sevinci yaşayıb.
Niderland təmsilçisi "Red Bul"un pilotu Maks Ferstappen (+8,702) ikinci, "Mercedes"dən fin Valtteri Bottas (+9,452) üçüncü olub.