"Formula 1" üzrə 7 qat dünya çempionu Mixael Şumaxer növbəti dəfə əməliyyat ediləcək.

Offsideplus.az xəbər verir ki, bu barədə daha əvvəl pilotun müalicəsi ilə məşğul olan ürək cərrahı Filipp Menaşeməlumat verib.

O bildirib ki, Şumaxerin ürək toxumasına kök hüceyrələrini köçürmək üçün eksperimental əməliyyat aparılacaq. Həkim həmçinin qeyd edib ki, əsas məqsəd 51 yaşlı keçmiş pilotun sinir sistemini bərpa etməkdir.