"Formula 1" üzrə 6 qat dünya çempionu Lüis Hemilton Avstraliyada baş verən fəlakətdən kənarda qalmayıb.

Offsideplus.az BBC-yə istinadla xəbər verir ki,  "Mercedes" pilotu "yaşıl qitə"də meşə yanğınları ilə mübarizə aparan təşkilatlara 0,5 milyon dollar yardım edib. O, imkanlı şəxslərdən analoji addımı atmalarını xahiş edib. Faunaya sevgisinin sirr olmadığını deyən Hemilton köməksiz heyvanlara laqeyd qala bilmədiyini vurğulayıb.

Qeyd edək ki, 2019-cu ilin sentyabrından yanğınlarla əlaqədar bir neçə milyon hektar meşə məhv edilib, milyardadək heyvan ölüb.