"Formula 1" üzrə 6 qat dünya çempionu Lüis Hemilton motosikletlə qəza törədib.

Offsideplus.az xəbər verir ki, Hemilton və 7 qat dünya çempionu Rossi İspaniyanın Valensiya şəhərindəki avtodromda reklam tədbiri zaman nəqliyyat vasitələrini müvəqqəti dəyişdiriblər. 

Britaniyalı pilot Rossinin motosikleti ilə qəza törədib. Hadisə zamanı Hemilton xəsarət almayıb. 

Xatırladaq ki, Lüis Hemilton 2019-cu il mövsümündə 21 Qran-prinin 11-dən qalib ayrılıb və ardıcıl 3-cü il dünya çempionu olub. Valentino Rossi isə sonuncu çempionluğunu 10 il əvvəl əldə edib. Rossi bu il MotoGP-də cəmi 2 dəfə podiuma çıxıb və yekunda 7-ci yerlə kifayətlənib.