Rodriges qardaşlarının adını daşıyan avtodromda Formula-1 üzrə Meksika Qran-prisi keçirilib.

Offsideplus.az-ın məlumatına görə, qalib adını "Mercedes" pilotu Lüis Hemilton qazanıb. İkinci yeri "Ferrari"dən Sebastyan Fettel tutub. "Üçlüy"ü Hemiltonun komanda yoldaşı Valtteri Bottas qapayıb.

Bu, Hemiltonun mövsümdə 10-cu, karyerasında 83-cü qələbə olub. Onun qat dünya çempionluğunu vaxtından əvvəl əldə etməsi üçün cəmi 4 xal çatmayıb.