"Mançester Yunayted" klubunun rəhbərliyi texniki heyətin üzvlərini Avropa Liqasının final matçının səfər xərclərini qarşılaya bilmir.
Offsideplus.az xəbər verir ki, bu səbəbdən klub bu şəxsləri "Tottenhem"ə qarşı həlledici matça aparmaqdan imtina edib. Son məlumatlara görə, baş məşqçi Ruben Amorim səfər xərclərini qarşılamağı öz öhdəsinə götürüb. O, final oyununda "qırmızı şeytanlar"ın hər bir nümayəndəsinin iştirakını istəyir.
Rəhbərlik daha öncə klubun məşqçi heyəti, fizioterapevtlərə və köməkçi komandaya bilet və digər xərcləri özlərinin ödəməsini bildirmişdi.
Qeyd edək ki, Bilbao şəhərinin ev sahibi olacağı AL finalı mayın 21-də Bakı vaxtı ilə saat 23:00-da baş tutacaq.