"Mançester Yunayted"in futbolçusu Bruno Fernandeş dünən keçirilən Bilbao "Atletik"i ilə qarşılaşmada dubl edib.
Offsideplus.az xəbər verir ki, bununla da portuqaliyalı Avropa Liqasında vurduğu qolların sayını 27-yə çatdırıb. O, Romelu Lukakuya çatıb.
Fernandeşin önündə yalnız iki oyunçu qalıb - 34 qol vuran Pyer-Emerik Obameyanq və 30 qollu Radamel Falkao.
30 yaşlı futbolçu eyni zamanda "Mançester Yunayted"də ən çox qol vurduğu ikinci mövsümü keçirir. O, bütün turnirlərdə 19 qol vurub.
Portuqaliyalı 2020/21 mövsümündə isə 28 dəfə fərqlənmişdi.