Daha bir azərbaycanlı Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) etimadını qazanıb.
Offsideplus.az xəbər verir ki, həmyerlimiz Elçin Məmmədov qitənin ən ali futbol qurumundan növbəti dəfə təyinat alıb.
O, Avropa Liqasının 1/8 final mərhələsi çərçivəsində “Fənərbağça” (Türkiyə) və “Reyncers” (Şotlandiya) komandaları arasında oyunda UEFA matç direktoru funksiyasını yerinə yetirəcək.
Qarşılaşma bu il martın 6-da İstanbulun “Şükrü Saracoğlu” stadionunda baş tutacaq.
E.Məmmədov AFFA-nın Klubların Lisenziyalaşdırılması Departamentinin direktoru vəzifəsində çalışır.
Xatırladaq ki, digər azərbaycanlı Orxan Hüseynzadə ötən həftə Avropa Liqasının pley-off mərhələsinin cavab görüşündə "Qalatasaray"ın "AZ Alkmaar"la oyununda UEFA nümayəndəsi qismində fəaliyyət göstərb.