Bu gecə futbol üzrə Avropa Liqasında pley-off mərhələsinin ilk görüşləri keçiriləcək.
Offsideplus.az xəbər verir ki, bu mərhələdə Azərbaycan təmsilçisi olmasa da, ölkəmizin futbol həvəskarları yarışı yaxından izləyirlər. Məsələ burasındadır ki, pley-offda Azərbaycanda da böyük fanat kütləsinə malik olan Türkiyənin iki klubu - "Qalatasaray" və "Fənərbaxça" mübarizə aparacaq.
"Fənərbaxça" doğma divarlar arasında Belçikanın "Anderlext" komandasını qəbul edəcək. Okan Burukun çalışdırdığı "Qalatasaray" isə Hollandiyada AZ "Alkmar"ın qonağı olacaq.
Avropa Liqası, pley-off
21:45 "Fənərbaxça" - "Anderlext"
21:45 "Ferentsvaroş" - "Pljen"
21:45 "Midtülland" - "Real Sosyedad"
21:45 "Union" - "Ayaks"
00:00 AZ "Alkmar" - "Qalatasaray"
00:00 "Portu" - "Roma"
00:00 PAOK - FKSB
00:00 "Tvente" - "Bodo/Qlimt"