Avropa Liqasının əsas mərhələsinin VI turunda "Fənərbağça" "Atletik"i qəbul edəcək.
Offsideplus.az xəbər verir ki, matçı idarə edəcək hakimlər bəlli olub. Oyunda əsas söz sahibi İrfan Peljto olacaq. Ona Senad İbrişimbeqoviç və Davor Beljo kömək edəcək. Dördüncü hakim isə Antoni Bendiç olacaq. Referilər Bosniya və Herseqovinadandır.
VAR hakimi isə italiyalı Marko De Bellodır. Ona yerlisi Mişel Fabbri kömək edəcək.
Qeyd edək ki, qarşılaşma dekabrın 11-i saat 19:30-da start götürəcək.