"Qarabağ"ın "Lion"a qarşı oyun öncəsi heyətində son durum bəlli olub. 

Offsideplus.az xəbər verir ki, 24 nəfərlik iştirak ərizəsindən 1 futbolçu - Bədavi Hüseynov zədəlidir. Müdafiəçinin bir neçə həftə yaşıl meydanlardan uzaq qalacağı dəqiqdir. Marko Veşoviç və Mateus Silvaya gəlincə, baş məşqçi Qurban Qurbanov onların hazırlığının yaxşı səviyyədə olduğunu bildirib:

"Bu gün və sabah qəti qərar verəcəyik ki, onlar əsas heyətdə olacaq, ya yox. Ümumi hazırlıqlarından razıyam". 

Beləliklə, Ağdam təmsilçisi 28 noyabr saat 21:45-də başlayacaq oyunda Bədavi Hüseynovu çıxmaq şərti ilə, tam heyətlə olacaq.