"Sabah" U-19 komandasının baş məşqçisi Adino Mustedanaqiç, Gənclər Liqasında "Bazel"lə keçirdikləri oyunla bağlı fikirlərini açıqlayıb.

Offsideplus.az-ın xəbərinə görə, mütəxəssis 0:6 hesabıyla uduzduqları matç barədə düşüncələrini bölüşüb:

"UEFA Gənclər Liqasında mübarizəyə birbaşa 2-ci mərhələdən başladıq. İlk testimiz Avropanın ən yaxşı akademiyalarından birinə sahib olan "Bazel" komandası ilə oldu. Bu komanda ötən mövsüm Zaqreb "Dinamo"su üzərində qələbə qazanmışdı. O oyunda indiki heyətdə olan bir çox futbolçu meydana çıxmışdı. Rəqibin bu tip qarşılaşmalarda geniş təcrübəsi var idi. Oyun "Bazel"in əsas stadionunda, 2600 azarkeşin önündə keçirildi, bu da fərqli bir atmosfer yaratdı".

Qeyd edək ki, komandalar arasında cavab qarşılaşması noyabrın 6-da keçiriləcək.