Avropa Liqasının əsas mərhələsinin 2-ci turunda "Qarabağ" "Malmö"nü qəbul edəcək.
Offsideplus.az xəbər verir ki, bu gün oyundan öncə mətbuat konfransında Olavio Juninyo iştirak etdi.
Braziliyalı qarşılaşma haqda bunları söylədi:
"Çox önəmli oyundur. Bütün ölkə, şəhər, azarkeşlərimiz üçün vacib görüşdür. Həm də qrup mərhələsi üçün önəmli qarşılaşmadır. Çalışacağıq ki, qalib gələrək azarkeşlərimizi sevindirək. 3 oyundur ki, avrokuboklarda qol vura bilmirəm. İmkanlarım olsa da, fərqlənə bilmirəm. Bundan qurtulmağın 1 yolu var: məşqlərdə əzmlə çıxış etmək. Mən də baş məşqçimizin köməyi ilə buna edirəm. Növbəti görüşlərdə əlimdən gələnin ən yaxşısını etməyə çalışacam".