Dünən Avropa Liqasının əsas mərhələsinin I turunda "Tottenhem" "Qarabağ"ı 3:0 hesabı ilə məğlub etdi.

Offsideplus.az xəbər verir ki, London təmsilçisinin sabiq üzvü Piter Krauç görüş haqda fikirlərini bildirib.

"Liverpul"dakı çıxışı ilə diqqət çəkən hücumçu "Qarabağ"ın oyununu yüksək dəyərləndirib:

"İnanılmaz şanslar var idi. "Qarabağ" çox yaxşı oynadı. Başqa vaxt olsaydı, 2-3 qol vurardı. Lakin "Tottenhem"in futbolçuları üzərlərinə düşən işi layiqincə yerinə yetirdilər. Buna görə də 3 xalı qazana bildilər".