AFFA İcraiyyə Komitəsinin üzvü Könül Mehdiyeva UEFA-dan növbəti təyinat alıb.

Offsideplus.az xəbər verir ki, bunu qurumun mətbuat xidməti açıqlayıb.

Qurumun Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Trabzonspor” (Türkiyə) – “Rujomberok” (Slovakiya) oyununun UEFA nümayəndəsi olacaq.

Avqustun 1-də Trabzon şəhərində yerləşən “Şenol Güneş İdman Kompleksi”ndə təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 21:30-da başlayacaq