Bu gün Avropa Liqasının I təsnifat mərhələsinin cavab matçında "Zirə" "Şerif"ə məğlub olaraq mübarizəni dayandırdı - 1:2 (4:5).
Offsideplus.az xəbər verir ki, oyundan sonra qonaqların baş məşqçisi Yuri Quranın mətbuat konfransı keçirilib.
Mütəxəssis qələbəni belə şərh etdi:
"Çətin oyun oldu. Penalti seriyası həmişə lotoreyadır. Komandam gərgin oyunda qələbə qazandı. Onları təbrik edirəm. Hər həftə daha da yaxşılaşırıq. Belə gərgin matçda qələbə qazanan komanda üzvlərimə təşəkkür edirəm"