"Zirə" bu gün Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyununda "Şerif"i qəbul edəcək. Qarşılaşma 20:00-da "Liv Bona Dea Arena"da Arena"da start götürəcək. Bu komandalar arasında baş tutan ilk matçda "qartallar" Moldova təmsilçisini 1:0 hesabı ilə məğlub etmişdi. Rəşad Sadıqovun kollektivinə növbəti mərhələ üçün heç-heçə də bəs edir. 

İlk oyundakı qələbəyə baxmayaraq, hələ də cütün favoriti "Şerif" hesab olunur. Komandanın uzun illərdir davam edən avrokubok macarası bunu deməyə əsas verir. Lakin bir məqamı yadda çıxarmaq olmaz ki, "Zirə"nin qarşısındakı "Real"ı məğlub edən "Şerif" yalnız ad baxımından dəyişməyib. Komandanın çalışdırıcısı Yuri Quranın avrokubok təcrübəsi azdır. Həmçinin qeyd etmək lazımdır ki, ilk oyunda da göründüyü kimi, rəqib təmsilçimizdən çəkinirdi. İkinci qarşılaşmanın Bakıda keçirilməsi, azarkeşlərin rəqibə təzyiq göstərməsi komandamız üçün üstünlükdür. Qəsəbə təmsilçisinin qolkiperi Tyaqo Silvanın inamlı çıxışı növbəti mərhələni "Zirə" üçün daha yaxın edə bilər. Moldova klubu Azərbaycan azarkeşi üçün yad deyil. "Qarabağ"la dəfələrlə qarşılaşan komanda meydanı əliboş tərk etməyə məcbur olub. Ağdam klubu ilə bacarmayan kollektiv üçün növbəti kabus "Zirə" olmalıdır.

Azərbaycan və Moldova klub və milli səviyyəsində dəfələrlə bir-birilərinə rəqib olublar. Rəsmi matçlarda adıçəkilən ölkələrin əsas milli komandaları iki dəfə üz-üzə gəliblər. 2001-ci ildə Dünya Çempionatının seçmə mərhələsində qarşılaşan kollektivlərin matçında bir dəfə rəqib qalib gəldiyi halda (2:0), digər oyun isə qolsuz "sülh"lə başa çatıb. Azərbaycan və Moldova klubları isə ümumilikdə müxtəlif dərəcəli turnirlərdə 27 dəfə rəsmi matçlarda bir-birilərinə rəqib olublar. Bu qarşılaşmaların 15-də təmsilçilərimiz qələbəyə sevinib. 6 oyunda rəqib qalib gəldiyi halda, 6 qarşılaşmada da heç-heçə qeydə alınıb. 28-ci duelin qalibinin adına isə bu gün, axşam saatlarında aydınlıq gələcək.

Avropa Liqası
I tənnifat mərhələsi

"Zirə"- "Şerif" 1:2 (pen. 4:5)
Qollar:
Rafael Utsiq, 5 - Əyyub Allaş, 54, Papa Yade, 77
Qırmızı vərəqə: Salifu Suma, 40
"Liv Bona Dea Arena"
Baş hakim: Bulat Sariyev (Qazaxıstan)