Sabah Avropa Liqasının 1-ci təsnifat mərhələsinin cavab matçında "Zirə" "Şerif"lə üz-üzə gələcək.

Offsideplus.az xəbər verir ki, qarşılaşmadan öncə Tiraspol təmsilçisinin baş məşqçisi Yuri Qura mətbuat konfransında iştirak edib. Mütəxəssis görüş haqda bunları söylədi:

Ayyub Allaşla danışmışdıq. Müəyyən fikirlər almışdım. Azərbaycan futbolu haqda məlumat vermişdi. "Zirə" ilə bağlı isə standart vəziyyətlərdəki davranışlarından danışdı. Püşk bəxtimizə "Zirə"ni çıxardı. Deməzdim ki, "Zirə"dən qorxmuşduq. Biz evdə oynadıq, uduzduq. Amma cavab oyun var. Sabah bu nəticəni dəyişməyə çalışacağıq".

Qarşılaşma sabah saat 20:00-da "Dalğa Arena"da baş tutacaq. Moldovada keçirilən ilk görüşdə "qartallar" 1:0 hesablı qələbə qazanıb.