Sabah Avropa Liqasının 1-ci təsnifat mərhələsinin cavab matçında "Zirə" "Şerif"lə üz-üzə gələcək.

Offsideplus.az xəbər verir ki, qarşılaşmadan öncə Tiraspol təmsilçisinin üzvü Peter Ademo mətbuat konfransında iştirak edib. Nigeriyalı görüş haqda bunları söylədi:

"1 həftə ərzində məşq etdik. Çox çalışdıq. Sabahkı oyunda çalışacağıq ki, qələbə qazanaraq mərhələ keçək. Kimisə vurğulamaq istəmirəm. "Zirə" komanda olaraq yaxşı rəqibdir. Hazırlığımızı da bu istiqamətdə etmişik. Yeni komanda olsaq da, bir-birimizə öyrəşmişik. Bir aydır ki, bir yerdəyik. Artıq birgə nəsə etməyə qadirik".