“Zirə” - “Şerif” (Moldova) oyununun biletləri sabah satışa çıxarılacaq. 

Offsideplus.az xəbər verir ki, UEFA Avropa Liqasının I təsnifat mərhələsində cavab oyunu çərçivəsində keçiriləcək qarşılaşmaya biletləri iyulun 14-ü saat 12:00-dan almaq mümkün olacaq.

Biletlərin qiyməti sektorlara əsasən müvafiq olaraq 2, 5, 10, və 20 manat təşkil edir.

Satış məntəqələri:

“Zirə İdman Kompleksi”

“Dalğa Arena”

Tofiq Bəhramov adına Respublika stadionunun kassaları.