"Zirə" sabah Avropa Liqasının I təsnifat mərhələsidə "Şerif"in qonağı olacaq. Qarşılaşma 21:00-da start götürəcək.
"Araz-Naxçıvan"ın sabiq baş məşqçisi Azər Bağırov Offsideplus.az-a açıqlamasında matçla bağlı gözləntilərini bölüşdü:
"Təmsilçimizin vəziyyəti qənaətbəxşdir. Çünki komanda geridə qalan mövsümdə onu göstərdi ki, yaxşı formalaşıb. Klubdaxili durum da ürəkaçandır. Bunların hər biri müsbət məqamlardır. Hə, Bakı təmsilçisinin Avropa Liqasındakı təcrübəsi daha az ola bilər, amma düşünürəm Rəşad Sadıqov bütün bunların öhdəsindən gələcək. İnanıram ki, onlar səfərdən sərfəli nəticə ilə dönəcək".
Mütəxəssis "qartallar"ın yaxşı şəkildə çıxış edəcəyinə inanır:
"Zirə"nin qeyri-məhsuldar olması və az qol buraxması əslində yaxşı haldır. Çempionatın sonuna doğru bu yöndə inkişaf var idi. Yəqin ki, hazırlıq dönəmində komanda nöqsanları aradan qaldırmaq üçün işlər görüb. Nəzərə almaq lazımdır ki, avrokuboklardakı çıxış həm klub üçün, həmçinin də Azərbaycan üçün xallar qazandıracaq. Ona görə də futbolçular maksimum çalışaraq, ən yaxşı şəkildə çıxış etməlidirlər".