UEFA Avropa Liqasının qrup mərhələsinin V turunda "Qarabağ" səfərdə "Molde" ilə 2:2 hesablı heç-heç etdi, "Bayer-04" isə "Hekken"ə 2:0 hesabı ilə qalib gəldi.
Offsideplus.az H qrupunda xal durumunu təqdim edir:
1. "Bayer-04" (15 xal)
2. "Qarabağ" (7 xal)
3. "Molde" (7 xal)
4. "Hekken" (0 xal)
"Qarabağ" Bakıda "Molde"yə qalib gəldiyindən, xal cədvəlində üstünlük Ağdam təmsilçisindədir. Buna baxmayaraq, Qurban Qurbanovun komandası ehtiyatı əldən verməməlidir. "Qarabağ" AL-də pley-offa hansı hallarda yüksələ bilər?
1. "Qarabağ" dekabrın 14-də "Hekken"ə qarşı oyunda qalib gələcəyi halda, "Bayer-04" - "Molde" matçının nəticəsindən asılı olmayaraq pley-offa yüksələcək.
2. "Qarabağ" - "Hekken" və "Bayer" - Molde" matçlarının nəticələri "Qarabağ" və ya "Molde"nin qələbəsi, heç-heçə və ya "Hekken" və "Bayer-04"ün qələbəsi ilə başa çatsa, Ağdam təmsilçisi pley-offa çıxacaq.
3. "Molde" xal itirsə, "Qarabağ"a İsveç komandasına qalib gəlmək, heç-heçə etmək və ya xalının "Molde" ilə eyni olmasını qorumaq kifayət edir.
Qeyd edək ki, "Qarabağ" qrupu 3-cü pillədə başa vursa, Konfrans Liqasının pley-offunda mübarizəni davam etdirəcək.