"Bayer"in baş məşqçisi Xabi Alonso Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda "Qarabağ"a 5:1 hesabı ilə qalib gəldikləri oyunu şərh edib.

Offsideplus.az xəbər verir ki, o, görüşdən sonra təşkil edilən mətbuat konfransında vacib qələbə qazandıqlarını söyləyib:

"Bu qələbə bizim üçün çox vacib idi. Bakıdakı oyunda da qələbə qazanmaq istəyirik. Amma orada bizim üçün çətin olacağını bilirik”.

Qeyd edək ki, "Qarabağ" və "Bayer" arasında 4-cü tur oyunu noyabrın 9-da Bakıda olacaq.