"Qarabağ" UEFA Avropa Liqasının qrup mərhələsinin ikinci turunda səfərdə İsveç "Hekken"i ilə qarşılaşacaq.

 Ağdam təmsilçisi artıq sözügedən ölkəyə yola düşüb.

"Atlılar" Skandinaviya ölkəsində dəstəksiz də qalmayacaq. Offsideplus.az-a verilən məlumata görə, Avropada yaşayan təxminən 150-200 həmyerlimiz tribunalarda yer alacaq.

Qeyd edək ki, baş məşqçi Qurban Qurbanov və futbolçu Abdullah Zubirin iştirakı ilə keçiriləcək mətbuat konfransı oktyabrın 4-ü Bakı vaxtı ilə 20:40-da başlayacaq. Media nümayəndələri üçün ilk 15 dəqiqəsi açıq olacaq məşq isə Bakı vaxtı ilə 21:00-da matçın oynanılacağı “Ullevi” stadionunda keçiriləcək.

Oktyabrın 5-də keçiriləcək “Hekken” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Daşqın Əziz