UEFA Avropa Liqasının qrup mərhələsinin ilk turunun LASK - "Liverpul" oyunu qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Offsideplus.az xəbər verir ki, görüş "qırmızılar"ın baş məşqçisi Yurgen Klopp üçün əlamətdar olub. 

Bu, alman mütəxəssisin Premyer Liqa təmsilçisinin sükanı arxasında avrokuboklarda 50-ci qələbəsidi. O, "Liverpul"la Avropa arenasında 50 qələbə qazanan ilk məşqçi olub. 

Qeyd edək ki, Klopp 2015-ci ildən "mersisaydlılar"ı çalışdırır.