“Bilirdik ki, rəqib hücum futbolu oynayır, bizi öndə sıxacaqlar. “Qarabağ” yaxşı təzyiq göstərməyi bacarır. Xüsusilə də, ilk hissədə bunu gördük. "Qarabağ"ı təbrik edirəm, qələbəyə layiq idilər”.

Offsideplus.az xəbər verir ki, bu sözləri  Avropa Liqasının qrup mərhələsinin ilk turunda Bakıda “Qarabağ”a 0:1 hesabı ilə uduzan “Molde”nin baş məşqçisi Erlinq Moe deyib.

Mütəxəssis ev oyununda daha yaxşı çıxış edəcəklərinə inanır: “Hər zaman arxadan oyun qurmağa çalışıram. Bu istiqamətdə inkişaf etməliyik. Bunun da düzgün yol olduğunu düşünürəm. Hər dəfə uzun toplarla müdafiədən çıxmağı futbol saymıram. Evdəki matçda daha yaxşı oynayacağımıza inanıram. Amma inkişaf etməliyik”.