"Qarabağ"ın əsas heyət oyunçusu Bəhlul Mustafazadə "Molde" ilə Avropa Liqasının qrup mərhələsi üzrə sabah baş tutacaq I tur matçını buraxa bilər.
Offsideplus.az xəbər verir ki, futbolçunun oyunda iştirak edib etməyəcəyi bəlli deyil. Matçdan öncə baş tutan mətbuat konfransında Qurban Qurbanov bu açıqlamanı verib:
"Bəhlul Mustafazadənin durumu ilə bağlı sabah oyuna qədər məlumat verilməyəcək. Hələ ki ağrıları var. İndiki durumu bizi qane etmir. Məşqdə iştirak etdikdən sonra qərar veriləcək".
Qeyd edək ki, "Molde" - "Qarabağ" matçı sabah saat 20:45-də baş tutacaq.