“Şerif”in yarımmüdafiəçisi Rifet Kapiç klubun rəsmi saytına müsahibə verib.
Offsideplus.az xəbər verir ki, Avropa Liqasının pley-off mərhələsinin “Qarabağ”la ilk oyununda komandasına qələbə gətirən qolun müəllifi Ağdam klubu ilə Bakıda keçiriləcək cavab matçına da toxunub.
- Oyunla bağlı nə deyə bilərsiniz?
- Oyun çətin və ağır alındı.Hər iki komanda qalib gəlmək istəyirdi. Biz daha yaxşı oynadıq və layiqli qələbə qazandıq. Əsas odur ki, sakitliyimizi və konsentrasiyamızı qoruyuruq. Bakıya sərfəli nəticə ilə gedirik.
- Qol vurduğunuz epizodu necə xatırlayırsınız?
- Bu hissləri sözlə ifadə etmək mümkün deyil. Oyundan sonra həqiqətən çıxışımızdan razı qaldım. Qol vurub komandama kömək edəndə özümü xoşbəxt hiss edirəm. Hər oyunda əimdən gələni etməyə çalışıram.
- Qol vurmaq üçün bir neçə şansınız oldu. Üstünlüyünüzü artırmaq üçün nə çatmadı?
- Cavab matçı necə olacaq?
- Çətin oyun olacaq. Özümə vəkomandama inanıram. Müdafiədə yığcam oynayıb, öz şansımızı gözləməliyik. “Qarabağ” güclü rəqibdir, amma təkrar edirəm, artıq ilk oyunda sərfəli nəticə qazanmışıq. Səfərdə də bunu etməliyik.
- “Qarabağ”ın cavab oyununda erkən qol vurmağa çalışacağını gözləmək olarmı?
- Bəli, razıyam, ilk dəqiqələrdən hücum edib erkən qol vurmağa çalışacaqlar. Bizim də özümüzəməxsus güclü tərəflərimiz var. Öz oyunumuza köklənməliyik.
Mənbə: Qol.az