İtaliyanın “Roma” klubu bu gün UEFA Avropa Liqasının yarımfinal mərhələsinin cavab qarşılaşmasında “Bayer”in (Leverkuzen) qonağı olacaq. 

Offsideplus.az xəbər verir ki, paytaxt təmsilçisinin çalışdırıcısı Joze Mourinyo müdafiəçi Kris Smollinq və hücumçu Paulo Dibalanın bu matçda mübarizə apara biləcəklərini açıqlayıb. 

“Roma” yarımfinalın ilk qarşılaşmasında Bundesliqa klubunu minimal hesabla məğlub edib – 1:0. Cavab matçı bu gün, saat 23:00-da başlayacaq.