"Roma"nın baş məşqçisi Jose Mourinyo italiyalı sabiq futbolçu Antonio Kassanoya söz atıb. 

Offsideplus.az xəbər verir ki, portuqaliyalı mütəxəssis "Sky Sports"a müsahibəsində müxbir ona "Studiyada sizə sual ünvanlamaq istəyən bir çox keçmiş çempion var", deyə bildirib. Mourinyo isə belə cavab verib:

"O zaman Kassano orda deyil?"

Qeyd edək ki, daha öncə Kassano Mourinyo barədə bu sözləri demişdi: "Real Madrid" ciddi baş məşqçi istəyirsə, Mourinyonu çağırmayacaqlar. Onun heç nə vecinə deyil, işləmir, danışmır, əlaqə qurmur. Gəlin, özümüzü axmaq yerinə qoymayaq".