İngiltərə Premyer Liqasının 13-cü turu çərçivəsində "Liverpul"a səfər məğlubiyyəti (0:2) "Mançester Siti" rəhbərliyini silkələyib.

Offsideplus.az xəbər verir ki, bu barədə "Daily Star" nəşri məlumat yayıb.

Kub rəhbərliyi yaranmış dərin böhrandan çıxmaq üçün inqilabi tədbirlər görməyə planlaşdırır.

Xatırladaq ki, "Mançester Siti" son 7 oyunun 6-da məğlub olub. Komanda UEFA Çempionlar Liqasında "Feyenoord"la ev oyununda da 3:0 öndə olduğu üstünlüyü əldən verərək, 3:3 hesablı heç-heçə ilə ayrılıb.